[b]Bakıda bahalı avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum oldu - YENİLƏNİB[/b]
10 iyun 2016 11:06 (UTC +04:00)

[b]Bakıda bahalı avtomobilin vurub öldürdüyü şəxsin kimliyi məlum oldu - YENİLƏNİB[/b]

0

Bakıda ağır yol qəzası nəticəsində ölən şəxsin kimliyi məlum olub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 9-da saat 18 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Habil Kazımov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Hacıbaba Cəfərovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

10:09

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Heydər Əliyev prospektində "Toyota Land Cruiser 200" markalı, 99 HH 336 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Ağır xəsarətlər alan 47 yaşlı kişi hadisə yerində vəfat edib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Qeyd edək ki, qəzanı törədən avtomobilin qiyməti 60-100 min manat arasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 558

Oxşar yazılar