Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq. "Azəryolservis" ASC-dən Lent.az-a verilən məlumata görə, bu gün saat 22:00-dan səhər saat 05:00-dək Yusif Səfərov küçəsində hər iki hərəkət istiqaməti üzrə yolda üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Bu səbəbdən göstərilən müddət ərzində küçənin Heydər Əliyev və Babək prospektləri ilə kəsişməsindən, Cavanşir körpüsünə qədər və əks istiqamətdə olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən göstərilən müddət ərzində alternativ yollardan istifadə etməyi tövsiyyə edir və müvəqqəti narahatçılığa görə üzr istəyir.
Bakının mərkəzi küçələrindən biri bağlanacaq - XƏBƏRDARLIQ
0
0
0
0