Bakıda dörd avtomobil toqquşub.
APA-nın əməkdaşı hadisə yerindən xəbər verir ki, Heydər Əliyev prospektində “Günəş” şadlıq sarayının qarşısında “Mercedes” markalı, 10 NB 939 dövlət nömrə nişanlı, “Mercedes” markalı, JR 797 AZTR 17 dövlət qeydiyyat nişanlı, “Hyundai” markalı, 90 HG 903 dövlət nömrə nişanlı, “Mercedes” markalı, 02 BJ 056 dövlət nömrə nişanlı avtomobillər toqquşub.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib, bir neçə nəfər xəsarət alıb.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
***
09:35
Bakıda yol qəzası baş verib.
APA-nın məlumatına görə, paytaxtın Heydər Əliyev prospektində "Mercedes" və "Hyundai" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.
Xəsarət alanların olduğu bildirilir.