Bakının bir aylıq acı intihar <span style="color:red;">STATİSTİKASI <span style="color:red;">:  <span style="color:red;">25 cəhd, 6 ölü
30 yanvar 2014 16:49 (UTC +04:00)

Bakının bir aylıq acı intihar STATİSTİKASI: 25 cəhd, 6 ölü

0

Bu ay Bakı şəhərində özünə qəsd hadisələrinin sayı açıqlanıb.


 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında deyib ki, yanvar ayı ərzində 25 özünə qəsd hadisəsi baş verib.

 

Onun sözlərinə görə, özünə qəsd edənlərdən 6-nın həyatını xilas etmək mümkün olmayıb: “Yanvar ayı ərzində 6 nəfər - 4 qadın, 2 kişi özünü asıb. Hadisələrin hamısı ölümlə nəticələnib. 1 nəfər özünü bıçaqlayıb, o, xəstəxanaya çatdırılıb. 1 qadın özünü dənizə atıb, onu xilas etmək mümkün olub. 17 nəfər isə özünü zəhərləyib. Bunlardan 2-si sirkə turşusu, 15 nəfər isə dərmanla zəhərlənmədir. Onların arasında ölən yoxdur, hamısı xəstəxanaya yerləşdirilib”.

 

Z. Vahidova qeyd edib ki, özünə qəsdlərin səbəbi onlara məlum deyil: “Bunun səbəbi bizə məlum deyil. Bizim borcumuz xəstəyə ilk yardım etmək, xəstəxanaya çatdırmaq, ölüm olduğu halda, bu barədə polisə məlumat verməkdir”.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1436

Oxşar yazılar