Bakıda zibillikdən GÖRÜN NƏLƏR ÇIXDI!
23 aprel 2016 19:48 (UTC +04:00)

Bakıda zibillikdən GÖRÜN NƏLƏR ÇIXDI!

0

“Təmiz Şəhər” ASC Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda şəhərdən yığılmış məişət tullantıları arasında aşkar etdiyi 4 ədəd avtomobil seriya nömrəsini, 44 ədəd müxtəlif növ sənədi və 21 bank kartını polisə təhvil verib.

 

Qurumdan Lent.az-a verilən məlumatda bildirilir ki, sənədlər arasında şəxsiyyət vəsiqələri, pasportlar, əmək kitabçaları, təhsil və doğum haqqında şəhadətnamələr, tələbə bileti, avtomobil sənədləri və nömrələri var.

 

Bu cür əşyalarını itirən şəxslər polisə müraciət edərək tapılanların onlara aid olub-olmadığını dəqiqləşdirə və təhvil ala bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 353

Oxşar yazılar