Bakıda yol qəzası zamanı üç avtomobil toqquşub - FOTO
09 oktyabr 2019 02:34 (UTC +04:00)

Bakıda yol qəzası zamanı üç avtomobil toqquşub - FOTO

0
 
 
 
 
APA xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.
 
Belə ki, qəza Akademik Həsən Əliyev və Əliyar Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.
 
 "KİA" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq əvvəlcə "Mercedes” markalı avtomobilə, daha sonra həmin "KİA Sportage" markalı nəqliyyat vasitəsinə çırpılıb.
 
Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
 
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb edilib.
 
Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1944

Oxşar yazılar