Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Bakı-Qazax magistralının 69-cu kilometrliyində, Qaradağ rayonu ərazisində "Vaz 21054" markalı, 99 NM 495 dövlət qeydiyyat6 nişanlı avtomobil 1954-cü il təvəllüdlü Məmmədov Əliağa Yusif oğlunu vurub. Piyada hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.