Bakıda yol polisindən sürücüyə qarşı KOBUDLUQ
22 iyul 2014 14:52 (UTC +04:00)

Bakıda yol polisindən sürücüyə qarşı KOBUDLUQ

0

Bakıda yol polisinin etdiyi kobudluq sürücülərdən birinin avtomobilində quraşdırılmış kamera ilə lentə alınıb. Lent.az-ın milli.az-a istinadən verdiyi məlumata görə, hadisə ötən gün axşam saat 18:30 radələrində metronun "20 yanvar" stansiyası yaxınlığında baş verib. Sumqayıt istiqamətində hərəkət edən taksilərdən biri yolun icazə verilməyən yerində dayanaraq müştəri yığmağa başlayır. Ərazidə xidmət aparan yol polisi əməkdaşları təcili olaraq maşını sürməyi tələb edirlər. Tələblər fayda vermir. Bunu görən polislər tələb edirlər ki, inzibati protokol tərtib edilməsi üçün maşını yolun sağında saxlasın, ancaq sürücü bu tələbə də əməl etmir. Bütün göstərişləri qulaq ardına vuran sürücü yol polisi inspektorunun qəzəbinə tuş gəlir. İnspektorlardan biri avtomobilin üzərindəki "taksi" nişanını götürərək yerə vurub para-para edir. Sürücü yalnız bundan sonra maşını sürərək gedir. 


Burada kimdir günahkar? Polisin tələbinə əməl etməyərək yolu kəsən, tıxac yaradan, yüzlərlə maşını arxasında gözləməyə vadar edən sürücü, yoxsa əsəblərinə hakim olmayan yol polisi əməkdaşı? Doğrusunu Daxili İşlər Nazirliyinin araşdırmasından sonra bilmək olar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3530

Oxşar yazılar