Bakıda xəstəxanada olay: <span style="color:red;">özünü qalstukla asdı
25 avqust 2015 12:17 (UTC +04:00)

Bakıda xəstəxanada olay: özünü qalstukla asdı

0

Bakıdakı xəstəxanalardan birində intihara cəhd olub. Lent.az-ın məlumatına görə, saat 00:30 radələrində Nərimanov rayonu, F.X.Xoyski küçəsi 99 ünvanında yerləşən 5 saylı şəhər klinik xəstəxanasında 1964-cü il təvəllüdlü İsmayılov Rəhim Tofiq oğlu özünü asaraq intihara cəhd edib. 51 yaşlı kişi xəstəxananın pəncərəsinin dəmir barmaqlığına qalstuk bağlayaraq özünü öldürmək istəyib. Hadisə şahidləri R.İsmayılovun niyyətini başa çatdırmasına imkan verməyib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 186

Oxşar yazılar