Bakıda quldurluq edən gənclərin işi <span style="color:red;">MƏHKƏMƏDƏ
25 dekabr 2014 15:18 (UTC +04:00)

Bakıda quldurluq edən gənclərin işi MƏHKƏMƏDƏ

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakinləri, 1993-cü il təvəllüdlü Rəşad Dadşzadə və 1994-cü il təvəllüdlü Cahangir Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı dekabrın 4-ə təyin edilib.

Qeyd edək ki, quldurluq hadisəsi bu il avqustun 16-da Xətai prospektində qeydə alınıb. Naməlum şəxslər Bakı şəhər sakini Ələsgər Fətullayevin üz nahiyəsindən yumruqla vuraraq cibində olan 1000 manat pulunu götürüb. Bakı şəhər BPİ TŞX və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən 1994-cü il təvəllüdlü Cahangir Eyvazov və 1993-cü il təvəllüdlü Rəşad Dadaşzadə tutulublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 316

Oxşar yazılar