Bakıda tanınmış teleaparıcıya qarşı <span style="color:red;">CİNAYƏT - FOTO  - <span style="color:red;">YENİLƏNİB
31 may 2018 13:43 (UTC +04:00)

Bakıda tanınmış teleaparıcıya qarşı CİNAYƏT - FOTO - YENİLƏNİB

0

Tanınmış teleaparıcı Saleh Bağırov üzləşdiyi cinayət hadisəsi ilə bağlı açıqlama yayıb. Lent.az xəbər verir ki, İTV-nin əməkdaşı başına gələnləri belə nəql edib: “Bir neçə gün əvvəl saat 5-6 radələrində gördüyünüz bu vəziyyətlə rastlaşdım. Bu mənim avtomobilimdir. Günün günorta çağı Şərifzadə 241 ünvanında magistral yolun kənarında maşınıma basqın edilmiş, salon pis vəziyyətə salınmış və mənə aid olan qara rəngli əl çantası və şəxsi əşyalarım (şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və texpasport, xidməti vəsiqələrim, pul və.s) oğurlanmışdır. Anında polisə müraciət etdim. Yasamal rayonu 29 cu PB-nin əməliyyat qrupu çox çəkmədən hadisə yerinə gəldilər. Bu bölmənin hər bir əməkdaşına dərin təşəkkürümü bildirirəm. Çox operativ, məsuliyyətlə işə yanaşdılar. Apardıqları əməliyyat nəticəsində 2 saatın içində hadisəni törədən şəxs yaxalanaraq tutuldu. Cəzasına çatacaq bu adam. Amma çantam və sənədlərim hələ də axtarışdadır, tapılmır. Oğrunun boynuna aldığı, dediyi yerlərdə də əməliyyat aparılır amma heç bir xəbər yoxdur. Hər kəsdən bir xahişim var. Təsadüf nəticəsində mənə aid sənədlər birdən sizin, tanıdığınız insanların rastına çıxarsa lütfən əlaqə saxlayıb sənədlərimin mənə qaytarılmasında köməkçi olun. Allah qorusun bu cür xətalardan hər birimizi. Əfsus ki, bu cür hadisələrin sayı artıb. Son dərəcə diqqətli olmağa çağırıram hamını...”

 

 

 

 

*****

 

10:48

 

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə gələn Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.

 

Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edib və həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan  narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Qeyd edək ki, zərərçəkmiş şəxs İctimai Televiziyanın tanınmış aparıcısı Saleh Bağırovdur. Hadisə telekanalın yaxınlığında, yolun kənarında baş verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar