Bakıda silah alverçilərinə qarşı <span style="color:red;">ƏMƏLİYYAT
01 avqust 2015 17:17 (UTC +04:00)

Bakıda silah alverçilərinə qarşı ƏMƏLİYYAT

0

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları silah alveri faktı aşkarlayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini Azər Xudaverdiyevdən 3 ədəd tapança patronu götürülüb. Araşdırma zamanı A.Xudaverdiyevin Bakı şəhər sakini Elzamin Əliyevə satmaq məqsədi ilə 1 ədəd tapança verməsi, onun isə tapançanı paytaxt sakini Elşad Həsənova satması müəyyən edilib. E.Əliyev və E.Həsənov tutulub.

 

E.Həsənovun evinə baxış zamanı “Valter-P38” markalı tapança aşkar edilərək götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar