Sərxoş sürücü zəncirvari qəza törədib: 2 nəfər xəsarət alıb
13 iyun 2014 07:11 (UTC +04:00)

Sərxoş sürücü zəncirvari qəza törədib: 2 nəfər xəsarət alıb

0
 Bakıda sərxoş vəziyyətdə avtomobili idarə edən sürücü zəncirvari qəza törədib.

 

APA-nın məlumatına görə, Azadlıq prospekti ilə şəhər mərkəzi istiqamətində hərəkətdə olan VAZ-2104 markalı avtomobilin sürücüsü idarəetməni itirib və maşını qarşıda hərəkət edən "Tofaş" markalı avtomobilə çırpıb. Toqquşmadan sonra avtomobillər "Mazda" və "Nissan" markalı maşınlara, daha sonra isə yol kənarindakı arakəsmələrə çırpılıblar.

 

Hadisəni törədən sərxoş sürücü maşınını ataraq ərazidən uzaqlaşıb. Zəncirvari qəza nəticəsində VAZ-2104 və "Tofaş" markalı avtomobillərdə olan iki sərnişin xəsarət alıb.

 

Faktı Binəqədi Rayon Polis İdarəs araşdırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 894

Oxşar yazılar