Fevralın 25-də Bakıda sərnişin avtobusu ağır qəza törədib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, saat 10 radələrində Nərimanov rayonu F.X.Xoyski küçəsində Özbəkistan vətəndaşı Bədəl Bədəlov 17 saylı xətt üzrə idarə etdiyi "Daewoo" markalı avtobusla yolu keçən Bakı şəhər sakini Tamerlan Səmədovu vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.