Bakıda qohumlar arasında kütləvi dava - <span style="color:red;">xəstəxanalıq oldular
31 may 2016 10:06 (UTC +04:00)

Bakıda qohumlar arasında kütləvi dava - xəstəxanalıq oldular

0

Bakıda kütləvi dava olub.

 

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon sakini Tural Fərəcullazadə kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya daxil olub. Həmin fakt ətrafında həyata keçirilən əməliyyat tədbirləri nəticəsində onun, qardaşları Ağamehdi və Raminlə birgə, dayısı Naib Vəliyevin yaşadığı evə gələrək münaqişə etmələri, səs-küyə gəlmiş qonşuluqda yaşayan digər qohumları Sahib Əliyevin və qardaşı Rzanın münaqişəyə müdaxilə edərək biri-birilərinə xəsarət yetirmələri, bu zaman Rzanın Tural Fərəcullazadəyə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

 

Hadisənin digər iştirakçıları yaxalanaraq məsuliyyətə cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar