Bakı şəhərinin Sabunçu rayonunda yerləşən qocalar evində bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, qocalar evində yaşayan Vadim Nordyukov adlı şəxs ayaqyolunda olarkən yıxılıb. Başı unitaza dəyən şəxs ağır vəziyyətdə Xətai rayonundakı xəstəxanaya yerləşdirilib və orada ölüb.
Faktla bağlı araşdırmalar aparılır.