Bakıda qısqanc ər 25 yaşlı arvadını amansızlıqla öldürdü <span style="color:red;">- TƏFƏRRÜAT
21 iyun 2016 10:23 (UTC +04:00)

Bakıda qısqanc ər 25 yaşlı arvadını amansızlıqla öldürdü - TƏFƏRRÜAT

0

Bakıda ər arvadını qətlə yetirib. Lent.az-ın məlumatına görə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində 1988-ci il təvəllüdlü  Tural Kazımov həyat yoldaşı 25 yaşlı Maya Kazımovanı boğaraq qətlə yetirib.

 

T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub.

 

O, bildirib ki, həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.

 

Bildirilir ki, gənc cütlüyün nikahından 3 azyaşlı övladı qalıb. Hadisə baş verərkən uşaqlar həyətdə oynayırmış və evdə mübahisə edən ər-arvadın davası qətllə yekunlaşıb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar