Qatar prospektin ortasında dayandı: <span style="color:red;">hərəkət iflic oldu
12 mart 2014 14:00 (UTC +04:00)

Qatar prospektin ortasında dayandı: hərəkət iflic oldu

0

Bu gün günorta saatlarında Bakının əsas prospektlərindən olan “Neftçilər” prospektində tıxac yaranıb. Lent.az-ın məlumatına görə, tıxac prospektin Nobel prospekti istiqamətindəki hissəsində yaranıb və nəqliyyatın hərəkətsizliyi digər yollara da mənfi təsir göstərib. Tıxacın səbəbi isə qeyri-ənənəvi olub. Belə ki, dəniz limanı istiqamətində hərəkət edən yük qatarı prospektdən keçərkən birdən-birə dayanıb. Qatarın 10-15 əqiqə hərəkətsiz qalması tıxaca səbəb olub.

 

Bir neçə dəqiqə əvvəl qatarın hərəkət edərək dəniz yük limanına getməsi ilə tıxac problemi aradan qalxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 7122

Oxşar yazılar