Bakıda qanlı gecə: <span style="color:red;">1 ölü, 12 yaralı
04 may 2014 11:21 (UTC +04:00)

Bakıda qanlı gecə: 1 ölü, 12 yaralı

0

Mayın 4-nə keçən gecə Bakıda 5 ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, qəzalarda 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəzər və Nəsimi rayonlarında avtomobillərin toqquşması nəticəsində baş verən qəzaların hər birində 4 nəfər yaralanıb. Həmçinin gecə saatlarında Xətai, Yasamal və Suraxanı rayonlarında da xəsarətlə nəticələnən yol qəzaları baş verib.

 

Bundan başqa mayın 1-də Bakı şəhərinin Yasamal rayonunda baş vermiş yol qəzasında xəsarət alan şəxs bu gecə Kliniki Tibbi Mərkəzdə vəfat edib.

 

Hər bir fakt üzrə zəruri araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4197

Oxşar yazılar