Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, avqustun 2-də saat 16 radələrində Yasamal rayonunun Tbilisi prospektində Oğuz rayon sakini Nazim Camalov idarə etdiyi “Mercedes” markalı avtomobili yol ayırıcısına vurub. Nəticədə onun sərnişinlərindən Salyan rayon sakini Asimə Kazımova hadisə yerində ölüb, digər sərnişininə isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Yasamal RPİ tərəfindən araşdırma aparılır.
*****
11:39
Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu ərazisində, Tbilisi prospektində "Mercedes" markalı 90 DR 880 dövlət qeydiyyat nişanlı avtomobil maneəyə çırpılıb. Nəticədə avtomobildə olan qadınlardan biri ölüb, digəri isə yaralanıb.
Bildirilir ki, ölən qadının 28, xəsarət alanın isə 31 yaşı var.
Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.