<b>Bakıda pişiyi xilas etmək üçün </b><span style="color:red;">ƏMƏLİYYAT – FOTOLAR
16 noyabr 2017 14:22 (UTC +04:00)

Bakıda pişiyi xilas etmək üçün ƏMƏLİYYAT – FOTOLAR

0

Bu gün Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinə Nərimanov rayonu ərazisindəki binalardan birində yerləşən mənzildə pişiyin bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.

 

Lent.az-ın məlumatına görə, pişiyin miyoltusunu eşidən bina sakinlərindən biri onun yaşayış olmayan mənzildən xilas edilməsi üçün müraciət edib. Dərhal əraziyə polis və FHN-in xilasediciləri, eləcə də təcili tibbi yardım briqadası cəlb edilib.

 

Xilasedicilər qapını aça bilmədiyindən mənzilə pəncərədən daxil olaraq pişiyi xilas ediblər və onu həkimlərə təhvil veriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 425

Oxşar yazılar