Bakıda peşəkar oğru tutuldu <span style="color:red;">– 7 maşından oğurluq edib
01 iyun 2017 14:46 (UTC +04:00)

Bakıda peşəkar oğru tutuldu – 7 maşından oğurluq edib

0

Bakıda oğurluqla məşğul olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Elbrus Məmmədovun ətrafında Qaradağ RPİ 10-cu və 38-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun mayın 5-dən 28-dək olan müddətdə rayon ərazisində 7 avtomobildən və 2 evdən ümumilikdə 1260 manat pul, maqnitofon, akkumulyator, səsgücləndiricilər, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən edilib.

Həmçinin onun oğurladığı akkumulyatorlardan 2-ni Yasamal rayonu ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyən Türkiyə vətəndaşı Safi Oğuzhan Nevzada satması  da müəyyən edilib.

 

Faktla əlaqədar cinayət işi başlanılıb. Görülən tədbirlərlə S.Nevzad da tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar