Bakıda partlayış: qadın yaralandı
28 noyabr 2014 12:57 (UTC +04:00)

Bakıda partlayış: qadın yaralandı

0

Bakıda yaşayış evində güclü partlayış olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, noyabrın 27-də saat 15 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbə sakini Mavidə Əliyevanın evində qaz balonunun sızması nəticəsində ani partlayış baş verib. Nəticədə evin 6 kvm. sahəsi yanıb. Dağıntı olmasa da, ev sahibəsi M.Əliyeva yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1275

Oxşar yazılar