Parkda 51 yaşlı kişini öldürən şəxs <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
09 yanvar 2015 17:40 (UTC +04:00)

Parkda 51 yaşlı kişini öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirli bilinən Zərdab rayon sakini, 1967-ci il təvəllüdlü Şəhriyar Əhədovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış yanvarın 14-ə təyin edilib.

 

Qeyd edək ki, qətl hadisəsi keçən il iyunun 28-də Binəqədi rayonunda yerləşən parkda baş verib. 1967-ci il təvəllüdlü Əhədov Şəhriyar Qiyas oğlu aralarında yaranan münaqişə zəminində tanışı, 1964-cü il təvəllüdlü Ağayevi Namiq Ağa oğlunu bıçaqlayıb. N.Ağayev ölüb. Qətli törədən Şəhriyar Əhədov isə hadisə yerindən qaçıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əhədov saxlanılaraq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 428

Oxşar yazılar