Bakıda özünü körpüdən atmaq istəyən gənclə bağlı MARAQLI MƏLUMAT
27 noyabr 2014 10:39 (UTC +04:00)

Bakıda özünü körpüdən atmaq istəyən gənclə bağlı MARAQLI MƏLUMAT

0

Noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonu ərazisində, metronun “Koroğlu” stansiyası yaxınlığındakı körpüyə çıxaraq intihar etmək istəyən gənclə bağlı maraqlı məqam üzə çıxıb. Lent.az-ın məlumatına görə, FHN-in psixoloq heyətinin müdaxiləsindən sonra özünü körpüdən atmaq istəyən 1990-cı il təvəllüdlü Şahmarov Şəhriyar Müqəddim oğlunun külli miqdarda borcunun olduğu məlum olub. Ş.Şahmarov polisə bildirib ki, 6 min manatdan çox borcu var və borclu olduğu adam ondan pulu vaxtında qaytarmasını tələb edir. Ş.Şahmarov isə çıxış yolu kimi körpüyə çıxmaq qərarına gəlib.

 

Araşdırmalar nəticəsində o da məlum olub ki, Ş.Şahmarovun körpüyə çıxaraq özünü atmaq istəməsi ilə bağlı polisə onun qardaşı məlumat verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2730

Oxşar yazılar