Bakıda özünü asan fəhlənin övladlarına yazdığı <span style="color:red;">MƏKTUB  tapıldı
28 mart 2014 17:11 (UTC +04:00)

Bakıda özünü asan fəhlənin övladlarına yazdığı MƏKTUB tapıldı

0

“Mən sizə yaxşı ata ola bilmədim”

 

Martın 27-də Bakının Nizami rayonu Keşlə qəsəbəsi, Qafqaz küçəsi 47 ünvanında özünü asaraq intihar edən 1969-cu il təvəllüdlü Zeynalov Aslan Valeh oğlunun övladlarına yazdığı məktub tapılıb. Lent.az-ın anspress-ə istinadənb verdiyi məlumata görə, 45 yaşlı kişinin cibindən çıxan məktubda övladlarına son sözləri qeyd olunub: “Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!”

 

 Qeyd edək ki, Aslan Zeynalov Nizami rayon İcra Hakimiyyətində fəhlə işləyib. Onun 2 övladı var. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6336

Oxşar yazılar