Bakıda nurçulara qarşı <span style="color:red;">ƏMƏLİYYAT
24 oktyabr 2016 10:17 (UTC +04:00)

Bakıda nurçulara qarşı ƏMƏLİYYAT

0

Bakıda nurçulara qarşı əməliyyat keçirilib.

 

Hüquq-mühafizə orqanlarındanAPA-ya verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının rayonun Sahil qəsəbəsində həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, 1983-cü il təvəllüdlü Rizvan Rəşid oğlu Həmidovun yaşadığı evə baxış keçirilib. Baxış zamanı oradan təbliği və yayımı qanunla qadağan olunmuş 159 ədəd kitab və 9 ədəd jurnal aşkarlanıb.

 

Rayonun Lökbatan qəsəbəsində həyata keçirilən tədbirlər zamanı isə qəsəbə sakinləri – 1975-ci il təvəllüdlü İlkin İbrahimovun yaşadığı evdən 14 ədəd, 1977-ci il təvəllüdlü Samir İbrahimovdan 17 ədəd, 1960-cı il təvəllüdlü Tərixanım İbrahimovadan 10 ədəd və 1975-ci il təvəllüdlü Qəndab Hüseynovadan  15 ədəd təbliği və yayımı qadağan olunmuş dini ədəbiyyat götürülüb.

 

Məlumata görə, evində axtarış aparılan şəxslər nurçuluğu təbliğ edirmiş. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar