Azərbaycanda məşhur şirkətdə <span style="color:red;">PARTLAYIŞ
22 oktyabr 2016 12:29 (UTC +04:00)

Azərbaycanda məşhur şirkətdə PARTLAYIŞ

0

Oktyabrın 21-də saat 06 radələrində Xaçmaz rayonunun Xudat şəhərindəki “Azərşərab-İ” MMC-nin qazanxanasında (ilkin məlumata əsasən təzyiqin yüksək olmasından) partlayış baş verib.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nəticədə qazanın buxar çıxan hissəsi qoparaq təxminən 50 metr kənarda yerləşən şəhər sakini Adil Cəbrayılova məxsus fındıq emalı sexinin damına düşərək onu yarasız hala salıb. Xəsarət alan olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar