Bakıda qadına qarşı dələduzluq təqsirləndirilən Elnur Abdullayevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə E.Abdullayev 8 il azadlıqdan məhrum edilib
Qeyd edək ki, E.Abdullayev Afaq Yadigarovaya qarşı 22 min 400 manat məbləğində dələduzluq edib.