Bakıda marşrut avtobusu ağır qəza törətdi: <span style="color:red;">ÖLƏN VAR  - YENİLƏNİB
29 yanvar 2018 11:16 (UTC +04:00)

Bakıda marşrut avtobusu ağır qəza törətdi: ÖLƏN VAR - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi Sabunçuda marşrut avtobusunun törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 27-də saat 6 radələrində Sabunçu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Əflatun Cəfərov idarə etdiyi “İsuzi” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

 

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

28 yanvar 10:00

 

Bakıda marşrut avtobusu ölümlə nəticələnən yol qəzası törədib. Lent.az xəbər verir ki, Sabunçu rayonu ərazisində - Şəhər şosesində, Koroğlu metrostansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişin daşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu küçən yaşlı kişini vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.

 

Araşdırmalar zamanı məlum olub ki, ölən şəxs 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğludur.

 

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırmalara başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 460

Oxşar yazılar