Bakıda kirayə qaldığı evin sahibini öldürən şəxs <span style="color:red;">MƏHKƏMƏ QARŞISINDA
03 mart 2015 16:42 (UTC +04:00)

Bakıda kirayə qaldığı evin sahibini öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Samir Eynalovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirilib. Prosesin baxış iclası isə martın 10-na təyin edilib.

 

Qeyd edək ki, keçən il Samir Eynalov Nizami Quliyevi bıçaqlayaraq qətlə yetirib. Samir Eynalov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, qətlə yetirdiyi Nizami Quliyevin evində bir il əvvəl kirayə qalıb. Həmin vaxt Nizami ilə mübahisəsi olub və ev sahibi onu evindən çıxarıb. Bundan bir müddət sonra təsadüfən küçədə Nizami ilə rastlaşıb və bu vaxt Nizami ona gülüb. Bu isə onun xoşuna gəlməyib və Nizamini bıçaqlayaraq öldürüb.



 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 314

Oxşar yazılar