Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 29-da Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən daş karxanalarından birində işləyən Lerik rayon sakini Məmməd Əsədov elektrik cərəyanı vurması nəticəsində ölüb.
Araşdırma aparılır.