Bakıda kafedə kütləvi dava: <span style="color:red;">3 nəfər bıçaqlandı  - YENİLƏNİB
31 may 2014 12:13 (UTC +04:00)

Bakıda kafedə kütləvi dava: 3 nəfər bıçaqlandı - YENİLƏNİB

0

Bakıda gənclər arasında kütləvi dava olub. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi-21 ünvanında yerləşən “Yaşıl Ada” kafesində qeydə alınıb.

 

Kafedə yeyib-içən bir qrup gənc arasında düşən davada 3 nəfər - 22 yaşlı Mərhəmət Məhəmməd oğlu Quliyev, 18 yaşlı Elnur Adil oğlu Məmmədov və 19 yaşlı Binnət Tofiq oğlu Əhmədov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Dava iştirakçılarından bir nəfər - 19 yaşlı Tərlan Məmmədov saxlanılıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1933

Oxşar yazılar