Bakıda kafedə insident: ofisiant qadını döydülər
28 may 2017 19:47 (UTC +04:00)

Bakıda kafedə insident: ofisiant qadını döydülər

0

Bakıda kafedə işləyən qadınlar arasında dava-dalaş olub. Lent.az xəbər verir ki, Şirvani küçəsində yerləşən “Nazran” kafesində ofisiant işləyən 41 yaşlı Solmaz Məmmədova polisə müraciət edərək bildirib ki, iş yoldaşı tərəfindən döyülüb. Qadının sözlərinə görə Sevda adlı iş yoldaşı xuliqanlıq zəminində ona xəsarətlər yetirib.

 

Xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin edilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 418

Oxşar yazılar