Bakıda kafedə baş verən silahlı insidentin TƏFƏRRÜATLARI
28 aprel 2019 12:57 (UTC +04:00)

Bakıda kafedə baş verən silahlı insidentin TƏFƏRRÜATLARI

0
 
Abşeron rayonunun Masazır qəsəbəsində silahlı insident  baş verib.
 
ONA-nın  yerli bürosunun məlumatına görə, silahlı insident ötən gün saat 17 radələrində qəsəbə ərazisindəki “Qəbələ” kafesində qeydə alınıb.
 
Əslən Samux rayonundan olan,”Yeni Bakı” yaşayış kompleksində yaşayan və oranın komendantı  işləyən 1968-ci il təvəllüdlü Yusifov Ehtiram Ramiz oğlu ilə 3 nəfər arasında mübahisə düşüb. Tərəflər arasında ev alqı-satqısı üstündə mübahisə yaranıb. 
E. Yusifov özü ilə gətirdiyi  "Vinçester" markalı odlu silahdan 3 nəfərə atəş açıb və həmin şəxslər çoxsaylı qırma yarası alıblar.
 
Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov, 1990-cı il təvəllüdlü Talıbov Məmməd  və  1980-ci il təvəllüdlü Zaur Gəncəliyev müxtəlif  xəsarətlərlə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.
 
Hadisədən sonra E.Yusifov könüllü  olaraq Abşeron rayon Prokurorluğuna gedib və təslim olub.
 
Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1011

Oxşar yazılar