Bakı şəhəri Qaradağ rayonu ərasizində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın anspress-ə istinadən məlumatına görə, qəza Ələt-Astara yolunda qeydə alınıb. “Toyota Prado” markalı avtomobillə “Vaz 21015” markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər isə ağır yaralanıb.
Ölən şəxslər “Vaz 21015”- sürücüsü 1990-cı il təvəllüdlü Ramil Möhnətov və onun sərnişinləri olan 1993-cü il təvəllüdlü Röyal Dadaşov və Fuad Quliyevdir.
“Vaz 21015”- in içərisində olan digər iki nəfər - Müqəddəs Əliyev və Şahin Süleymanov ağır vəziyətdə vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hazırda onların vəziyyətinin ağır olduğu bildirilir.
“Prado”-nun sürücü xəsarət almayıb.
Şahidlərin bildirdiyinə görə, hadisə “Prado” markalı avtomobilin yoldan çıxması nəticəsində baş verib.