Oğurluqda təqsirləndirilən Gürcüstan vətəndaşları - İrakli Bujalava, Ramil Bayramov və Gelandiya Zazanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ. Bujalava 12 il, G. Zaza 11 il, R. Bayramov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Bakıda mənzillərdən oğurluq etməkdə ittiham edilir.