Bakıda ev tikdirən şəxsdən gözlənilməz hərəkət: <span style="color:red;">özünü doğradı
08 may 2014 18:34 (UTC +04:00)

Bakıda ev tikdirən şəxsdən gözlənilməz hərəkət: özünü doğradı

0

Bakı şəhərinin Səbail rayonu ərazisində qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, mayın 7-də Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 1978-ci il təvəllüdlü Adıgözəlov Neymi Ramazan oğlu özünü bıçaqlayaraq intihara cəhd edib. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Bildirilir ki, N.Adıgözəlov həmin ərazidə ev tikdirirmiş. Lakin müvafiq sənədləri olmadığından aidiyyatı qurumların nünayəndələri dünən həmin yerə gəlib. Evin dam örtüyünün vurulduğunu görən aidiyatı qurumların nümayəndələri işin dərhal dayandırılmasını tələb ediblər. Bu zaman tərəflər arasında münaqişə yaranıb və N.Adıgözəlov bıçaqla özünə xəsarətlər yetirib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2024

Oxşar yazılar