Bakıda ərəblər dəhşətli qəzaya düşdü: <span style="color:red;">ölənlər var  - <span style="color:red;">YENİLƏNİB
07 noyabr 2016 12:06 (UTC +04:00)

Bakıda ərəblər dəhşətli qəzaya düşdü: ölənlər var - YENİLƏNİB

0

 

Daxili İşlər Nazirliyi Qaradağ rayonunun Ələt qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 5-də saat 17 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə E.Məmmədovun sərnişinlərindən - Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb. E.Məmmədov və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 

 

*****

 

10:19

 

Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Qaradağ rayonunda "Nissan" və "Mercedes" markalı iki minik avtomobili toqquşub. Nəticədə "Nissan"da olan Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı 1975-ci il təvəllüdlü Suhail Saeed Raşeyed və 1986-cı il təvəllüdlü Lamees Zlad Mahmud Jbablı aldıqları xəsarətlərdən vəfat edib. Onlarla birgə avtomobildə olan Şöhrət Abışov və "Mercedes"in sürücüsü Elçin Məmmədovla sərnişini Ayla Bəşirova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar