Bakıda duz gölündə tapılan meyitlə bağlı<span style="color:red;"> YENİ XƏBƏR
01 iyun 2014 18:58 (UTC +04:00)

Bakıda duz gölündə tapılan meyitlə bağlı YENİ XƏBƏR

0

Bakı şəhərinin Suraxanı rayonu ərazisindəki duz gölündən tapılan kişi meyiti ilə bağlı bəzi faktlar üzə çıxıb. Suraxanı RPİ-dən Lent.az-a verilən məlumata görə, Zığ qəsəbəsində, Hövsana gedən yolun kənarında yerləşən Duz gölündə tapılan və Zığ sakini Nizami Xəlilovun meyitinin həmin əraziyə atıldığı məlum olub. Araşdırmalar nəticəsində N.Xəlilovun elə həmin gün naməlum avtomobil tərəfindən vurulması və öldükdən sonra naməlum şəxs və ya şəxslərin iştirakı ilə oraya atılması üzə çıxıb.

 

Hazırda piyadanı vurub öldürən nəqliyyat vasitəsinin və sürücüsünün tapılması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3449

Oxşar yazılar