Bu gecə Bakıda 2 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası baş verib. Binəqədi rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi-Balaxanı yolunda Rasim Şahverdiyevin idarə etdiyi "Opel Vectra" Ənvər Hüseynovun sürdüyü "Kraz" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan sərnişinlər- 1952-ci il təvəllüdlü Əzizova Maral İslam qızı və Ağayev Mirrasim Ağa oğlu hadisə yerində vəfat edib. Sürücü isə ağır xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb,müvafiq ekspertizalar təyin edilib.
*****
10:36
Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, bu gecə Binəqədi-Balaxanı yolunda "Opel" markalı minik avtomobili qəzaya uğrayıb. Nəticədə avtomobildə olan sərnişinlər - Əzizova Maral İslam qızı və Ağayev Mirrasim Ağa oğlu aldıqları ağır xəsarətlərdən vəfat edib. Sürücü isə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş başlanılıb.
Araşdırma aparılır.