Bakıda dəhşətli qəza: <span style="color:red;">məktəbli oğlan öldü
23 aprel 2015 10:43 (UTC +04:00)

Bakıda dəhşətli qəza: məktəbli oğlan öldü

0

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Suraxanı rayonu ərazisində, Hövsan-Türkan yolunda (ABU Petrolun qarşısı) 1988-ci il təvəllüdlü Fərhadov Nurlan Xeyrulla oğlu idarə etdiyi "Toyota" markalı avtomobillə 8-12 yaşlı oğlanı vurub. Sürətlə hərəkət edən avtomobil piyadanı 15-20 metri irəli atıb. Həmin şəxs hadisə yerindəcə keçinib.

 

İlkin araşdırmalardan sonra avtomobilin vurub öldürdüyü uşağın 2006-cı il təvəllüdlü Ağayev Elman Süleyman oğlu olduğu müəyyən edilib. O, orta məktəb şagirdi imiş.

 

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar