Bakı şəhər Baş Polis İdarəsi aprelin 2-i saat 21 radələrində Xəzər rayonu ərazisində baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb. Lent.az-ın məlumatına görə, Bakı-Mərdəkan yolunda Bakı şəhər sakinləri 1966-cı il təvəllüdlü Namiq Əliyev idarə etdiyi «Toyota-Prado» markalı avtomobillə 1992-ci il təvəllüdlü Türkanə Zərbəliyevanı, qızı 2009-cu il təvəllüdlü Rəna Emil qızını və bacısı 1995-ci il təvəllüdlü Xədicə Rəşidovanı vurub.
Onlar xəsarətlə 3 saylı xəstəxanaya daxil olub, T.Zərbalıyeva xəstəxanada ölüb.
***
10:01
Bakı şəhərinin Xəzər rayonu ərazisində dəhşətli yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Mərdəkan yolunda “Tayoto Prado” markalı avtomobil 1992-ci il təvəllüdlü Türkan Zərbəliyevanı vurub. Zərbənin gücündən piyada 20-25 metr aralıya düşüb və xəstəxanada keçinib.
Faktla bağlı Xəzər RPİ-də cinayət işi açılıb, araşdırmalar aparılır.