Bakıda dəhşətli hadisə:<span style="color:red;"> 6 yaşlı uşaq öldü  - YENİLƏNİB
03 oktyabr 2016 12:04 (UTC +04:00)

Bakıda dəhşətli hadisə: 6 yaşlı uşaq öldü - YENİLƏNİB

0

Daxili İşlər Nazirliyi Bakıda 6 yaşlı uşağın ölümü ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 1-də saat 15 radələrində Binəqədi rayonu Z.Qənbərov küçəsində Bakı şəhər sakini Xəyal Xankişiyev idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmyerlisi, azyaşlı Yusif Xanciqazlını vurub. Uşaq xəstəxanaya aparılarkən yolda ölüb.

 

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

 

*****

 

2 oktyabr

 

Bakıda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Binəqədidə "AzSamand" markalı, 90 VM 846 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçmək istəyən azyaşlını vurub. Maşının altında qalan uşağın həyatını xilas etmək mümkün olmayıb.

 

İlkin araşdırmalardan sonra ölən uşağın 2010-cu il təvəllüdlü Xancıqazlı Yusif Afiq oğlu olması müəyyən edilib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 677

Oxşar yazılar