Bakı şəhər Xətai rayonu General Şıxlınski küçəsi 1B ünvanının sakinləri Lent.az-a müraciət edib. Onlar yaşadıqları binanın həyətindəki ağacların kəsilməsindən və istirahət yerinin hasarlanmasından narahatdırlar.
Lent.az-a daxil olan müraciətdə bildirilir: "Binamızın qarşısında bizə məxsus olan həyət qeyri-qanuni şəkildə zəbt edilib sökürlər. Neçə-neçə iri ağac məhv edilib. Qocalar burada dincəlir, uşaqlarımız burada oynayırlar. Biz nə edəcəyimizi bilmirik, etirazımızı bildirəndə bizi hədələyirlər. Xahiş edirik bizə kömək edəsiniz".