Bakıda bıçaqlanma - könüllü təslim oldu
29 oktyabr 2017 10:44 (UTC +04:00)

Bakıda bıçaqlanma - könüllü təslim oldu

0

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az xəbər verir ki, Xətai rayonu Şirvanı küçəsində Naxçıvan sakini Rəşad Məmmədov paytaxt sakini Gülməmməd Qəribəliyevi bıçaqlayıb. Ağır xəsarət alan G.Qəribəliyev xəstəxanaya yerləşdirilib.

 

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. R.Məmmədov daha sonra polis bölməsinə gedərək könüllü təslim olub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 437

Oxşar yazılar