Bakıda əcnəbi ölkə vətəndaşının pulu oğurlanıb. Lent.az-ın məlumatına görə, polisə müraciət edən Belçika vətəndaşı, 1980-ci il təvəllüdlü Aleksandr Varvarenko bildirib ki, dünən səhər saatlarında "Bulvar" hotelin qarşısında taksidən düşərkən içində 200 avro, 100 manat və plastik kartlar olan pul kisəsinin oğurlandığını müəyyən edib.
A.Varvarenko əlavə edib ki, müvəqqəti olaraq Bakıda hoteldə yaşayır.
Müraciət əsasında araşdırma aparılır.