Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 24-də paytaxtın Nəsimi rayonu ərazisində yaşayan İsrail Məmmədov mənzilində dəm qazından zəhərlənərək ölüb.
Araşdırmalar aparılır.