Bakıda baş verən silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT
28 avqust 2015 13:30 (UTC +04:00)

Bakıda baş verən silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT

0

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

 

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 28-də saat 01.00 radələrində paytaxtın Nizami rayonu ərazisindən Bakı şəhər sakini Nadir İbrahimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

 

Hadisəni münaqişə zəminində törədən həmyerlisi Rövşən Həsənov könüllü olaraq Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub, hadisəni törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və patron darağını təhvil verib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 329

Oxşar yazılar