Daxili İşlər Nazirliyi Bakıda sərnişin avtobusunun törətdiyi qəza ilə bağlı məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, martın 10-da saat 18 radələrində Nəsimi rayonunun A.Mustafayev küçəsində Biləsuvar rayon sakini Nurəddin Salmanov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Esmiralda Zeynalovanı vurub. E.Zeynalova hadisə yerində ölüb.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.